top of page
Search
  • İnqilab Şahbazov

Layihə haqqında

Updated: Feb 24, 2022

‘‘Rerum cognoscere causas’’ – hadisələrin səbəblərini öyrənmək. Bu, məzunu olduğum London School of Economics and Political Science (LSE) universitetinin devizidir. Elmin özəyi olan tədqiqat işi müasir dövrümüzdə həmişə olduğundan daha da aktualdır. Təhsil aldığım Böyük Britaniyada araşdırma aparmaq istəyən istər tələbələr, istərsə də peşəkarların ən böyük üstünlüklərindən biri resurs ‘bolluğu’ idi.


Ölkəmizdə tədqiqat metodları barəsində yeni materiallara ehtiyac var. Ölkəmizdə həm dövlət, həm özəl, həm də akademik sektorlarda tədqiqat və data analizinə artan maraq müşahidə edilməkdədir. Bu sevindirici tendensiya tədqiqatla bağlı materialların əlçatanlığı məsələsini aktuallaşdırır. Belə bir mühitdə bu internet resursunun hazırlanmasının ehtiyacını hiss edərək ‘‘Tədqiqat metodları’’ səhifəsini yaratmağa qərar verdim.


Bu səhifədə tədqiqat metodlarının yalnız fundamental məsələləri yığcam şəkildə təqdim edilir. Tətqiqat işinin bütün fundamental komponentləri təfsilata varmadan real nümunələr vasitəsilə izah edilir. 30-dan çox nümunəni sizlərə təqdim edərək, nəzəriyyənin praktikadakı əksini göstərməyə çalışmışam. Bu səhifədəki material tətqiqat işinə ilkin baxış təmin edir.


Sonda isə nəzərinizə çatdırmaq istərdim ki, sayt müntəzəm qaydada yenilənəcək! Nümunələrin sayı artacaq, yeni düşündürücü suallar əlavə ediləcək və materiallar əlavə ediləcək



Tədqiqatınızda uğurlar!


35 views0 comments
Post: Blog2 Post
bottom of page