top of page
Search
  • İnqilab Şahbazov

Sorğunun nəticələrinə etibar edə bilərəmmi?

İstər özünüz, istərsə də digər birinin (fərd və ya təşkilat tərəfindən aparılan) apardığı sorğunun nəticələrinin reallığı dəqiq əks etdirib-etdirməməsi çoxsaylı amillərdən asılıdır. Bu məqalədə Los-Anceles Kaliforniya Universitetinin materialları əsasında bütün tədqiqatçıları maraqlandıran sualın cavabını verməyə çalışacam.


Ölçmə ilə bağlı məqamlar

1. Ölçmə alətinin düzgünlüyü – soruşulan suallar tədqiq edilməli olan xassələri həqiqətən ölçürmü? Məsələn, tələbələrin universitetdən məmnuniyyətini ölçərkən istifadə edilən suallar yalnız tədrisləmi bağlıdır? Və ya, respondentin həyat məmnuniyyətini yalnız aylıq qazancından məmnuniyyəti ölçərək müəyyən etmək düzgündürmü?

2. Ölçmənin aparılma üsulları – suallar öncədən müəyyənləşdirilmiş qaydalara riayət edilərək soruşulubmu? Cavabların qeydiyyatı necə aparılıb? Sorğunu aparanların davranışları və peşəkarlığı bilavasitə sorğunun nəticələrinə etibarlılığına təsir edir

3. Verilən cavabların emalı – qeydə alınan cavablar müvafiq sistemlərə daxil edilərkən xətalara yol verilibmi? Bu mənada kodlaşdırma məsələsi qarşıya çıxır.



Subyektlərin (respondentlərin) seçilməsi ilə bağlı məqamlar

1. Hədəf əhali və əlçatanlıq - tədqiq etmək istədiyiniz subyektləri təmsil edəcək nümunə (seçmə) əldə etmək imkanlarınız necədir? Məsələn, tələbələrin universitetdən məmnuniyyətini ölçərkən bütün, yoxsa yalnız bəzi fakültələrimi əhatə etmək istəyirsiniz? Buna imkanınız çatırmı?

2. Seçmə çərçivəsinin mövcud olub-olmaması - tədqiq etmək istədiyiniz subyektlərin adlarının olduğu siyahı varmı?Siyahının olub-olmamağı seçmə ilə bağlı sonrakı qərarlara təsir edəcək. Siyahı varsa, həqiqətən bütün subyektlərin adı orada əksini tapıbmı?

3. Siyahının olub-olmamağından asılı olmayaraq, seçmə xətasının yaranma ehtimalı - tədqiq etmək istədiyiniz subyektləri təmsil edəcək nümunəni (seçmə) kimlər əsasında formalaşdıracaqsınız? Məsələn, Bakı şəhəri əhalisinin həyat məmnuniyyətini ölçmək istəyib, yalnız Yasamal və ya Xətaidə yaşayanları əhatə etsəniz, bu, ciddi xəta olacaq.

4. Səmimilik - respondentlər nə dərəcədə səmimi olub? Bəzi mövzuların tədqiqi səmimilik amilini aktuallaşdırır. Bu problemin minimallaşdırma üsullarına sualların və cavabların qoyuluşu və respondentlərin seçilməsi kimi texnikalar daxildir.

5. İştirak edən respondentlər və çəki əmsalının tətbiqi – bəzən çəki əmsalının tətbiqinə ehtiyac olur. Əks halda nəticələr nümunənin (seçmə) reprezentativ olmaması ucbatından reallığı dəqiq əks etdirməyə bilər.



23 views0 comments

Recent Posts

See All
Post: Blog2 Post
bottom of page