Search
  • İnqilab Şahbazov

Smartfonlar niyə diqqət yayındırır? İnnovativ tədqiqat

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin tədqiqatçıları Maksi Haytmayer və Sədi Lalo tərəfindən aparılan qarışıq metodlu tədqiqat çərçivəsində 37 subyekt üzərində müşahidə aparılıb. Hər bir subyekt aşağıdakı şəkildə göstərilən xüsusi eynək taxıb. Həmin eynəklər vasitəsilə 200 saat müddətində video yazı toplanılıb. Ümumilikdə 1130 telefona baxış halı (telefonla interaksiya) qeydə alınıb.




Məqalənin abstraktının tərcüməsi aşağıda təqdim edilib;


· Smartfona baxış hallarının 89%-də bu, telefon istifadəçisinin şəxsi təsəbbüsü ilə olub - cəmi 11% hallarda buna səbəb telefona gələn bildiriş olub.

· Telefona baxışların bir çoxu şüuraltı baş verib.

· Tədqiqat iştirakçıları kontekstdən asılı olmayaraq hər 5 dəqiqədən bir telefona baxıb.

· Nəticələrə əsasən deyə bilərik ki, bildiriş sisteminin dizaynına müdaxilə etmək istifadəçilərin telefona baxmaq davranışlarına əhəmiyyətli təsir etmir.


(Məqalə ilə tanış olmaq üçün bu keçidə daxil ola bilərsiniz - researchgate.net/publication/347332270_Why_are_smartphones_disruptive_An_empirical_study_of_smartphone_use_in_real-life_contexts

31 views0 comments

Recent Posts

See All