- İnqilab Şahbazov
Onlayn anket sorğuları - bəzi əsas məqamlar
Pew Center əməkdaşı Kayli Makgiini (2015) veb əsaslı sorğularda iştirakçılığı artırmaqla bağlı faydalı təkliflər siyahısını təqdim edir:
1. Anket mobil cihazlar üçün uyğunlaşdırılmalıdır (yəni, respondent onu smartfonda rahatlıqla doldura bilməlidir).
2. Anket nə qədər qısa olarsa, bir o qədər yaxşıdır (əlavə edim ki, qısalıq naminə keyfiyyəti qurban verməmək şərtilə).
3. Bəzəklərdən istifadədən çəkinin.
4. Cədvəllərdən istifadədən çəkinin.
5. Eyni ekranda birdən çox sual təqdim edin.
6. Anket sorğusuna dəvətdə individual URL istifadə edin.
7. Respondentləri sorğuya mətnli mesajla dəvət edin.
Onlayn anket sorğularına əsasən şəhər və ya ölkə əhalisi barədə fikir bildirmək metodoloji cəhətdən qüsurludur. Belə ki, onlayn anket sorğularında yalnız aşağıdakı qruplardan olan respondentlər iştirak edə bilər;
- internetə çıxışı olanlar
- kompüterdən və ya smartfondan istifadə edə bilənlər
- sorğunun keçidini görənlər
Beləliklə, onlayn anket sorğuları əslində yalnız müəyyən qrupların rəyini öyrənmək iqtidarındadır - bütün əhalinin yox.