Search
  • İnqilab Şahbazov

Nömrənizi olar?

Respondentin əlaqə vasitələrini götürmək olarmı?


Nəzəri cəhətdən, bəli, burada hər hansısa problem yoxdur. Lakin praktikada (həm ölkəmiz, həm də ən azından elmin inkişaf etdiyi Qərb cəmiyyətlərində) tədqiqatçılar adətən respondentin əlaqə detallarını istəmir ki, bu da səbəbsiz deyil. Əlaqə detallarının tələb edilməsi anonimlik və məxfilik məsələlərinə görə respondentin iştirakına mənfi (iştirakdan imtina, qeyri-səmimi cavablar və s.) təsir göstərə bilər. Düzdür, haşiəyə çıxaraq bildirim ki, telefon və ya e-mail üzərindən aparılan sorğularda qaçılmaz olaraq respondentin əlaqə vasitələrindən ən azı birini siz əldə edirsiniz.


Elə tədqiqat yanaşmaları var ki, orada respondentin əlaqə vasitələrini götürmək mütləqdir. Bu cəhətdən panel tədqiqatları fərqlənir (bu barədə müvafiq bölmədə ətraflı danışılır) Belə ki, panel tədqiqatlarında respondentlə müəyyən intervallarla bir dəfədən çox əlaqə saxlamaq mütləq olduğundan, ondan birdən çox əlaqə vasitələri istənilir. Hətta Böyük Britaniyada uzun müddətdir ki, keçirilən ‘‘British Household Panel Survey’’ ev təsərrüfatı panel tədqiqatında belə bir sual da soruşulur[1]; ‘‘Əgər sizin özünüzlə əlaqə qura bilməsək, sizi tapa biləcək başqa bir şəxsin əlaqə detallarını təqdim edə bilərsinizmi?”

[1] Institute for Social and Economic Research (2020) British Household Panel Survey. iser.essex.ac.uk/bhps

49 views0 comments

Recent Posts

See All