- İnqilab Şahbazov
Düşündürücü suallar
Updated: Feb 12, 2022
QEYD - Bu sualların bəzilərinin cavabları səhifədəki məlumatlarda olmaya bilər.
- Anket sorğusunda istifadə edilən ən azı 3 sual tipini qeyd edin və nümunə verin.
- Kəmiyyət və keyfiyyət yanaşmalarının əsas fərqlərini izah edin (ən azı 2 fərq)
- Qanunsuz olaraq soyuq silah gəzdirmiş gənclərlə müsahibə aparmaq istəsəniz hansı etik məsələlər meydana çıxa bilər, və onların öhdəsindən necə gəlmək olar?
- Tədqiqat işi apararkən hansı ümumi etik məsələlər gözlənilməlidir? Ən azı 3 etik məsələni qeyd edin
- Anket sorğusu hansı yanaşmalarla/formalarda aparıla bilər?
- Fərz edin ki, Facebook dostluğunuzda 5000 şəxs var. Səhifənizdə anket paylaşırsınız ki, dostluğunuzdakı şəxslər doldursun. Bu yanaşma ilə seçilən respondent kütləsinin hansı üstünlük və problemləri var? (ən azı 1 üstünlük və 1 problem barədə ətraflı danışın)
- Anket sorğusunda respondentdən soruşula biləcək ən azı 5 demoqrafik sual yazın
- Elə bir mövzu seçin ki, orada kəmiyyət və keyfiyyət metodlarından kombinasiyalı şəkildə istifadə edilə bilsin (ən azı 4 cümlə).
- Namaz qılan şəxslərin seçməsini hansı üsullarla apara bilərsiniz?
- Qeyri-insanların (cansız nəsnələrin) seçmə vahidi olduğu tədqiqatı və oradakı seçmə metodunu təsvir edin
- Niyə təsadüfi seçmədə qeyri-təsadüfiyə nisbətdə daha çox respondent əhatə edilir?
- Kəmiyyət tədqiqatında Azərbaycan əhalisi üçün seçmədə 1,000 respondent əhatə edilibsə, bu, birmənalı olaraq, reprezentativliyin təminatı deməkdirmi? Cavabınızı əsaslandırın
- Korrelyasiya və səbəbiyyətin fərqi nədir, və bunu nümunə ilə izah edin
- Sosial şəbəkə üzərindən respondentlərin seçilməsinin hansı problemləri var?
- Fokus-qrupun mahiyyətini ətraflı izah edin və ən azı bir nümunə göstərin.
- Tədqiqatda iştirak faizinin yüksək olmasını təmin etmək üçün nələr edilə bilər - ən azı üç üsul yazın
- Çoxsaylı metod yanaşmasının mahiyyətini izah edin və nümunə göstərin.
- Küçə uşaqlarının küçəyə atılmasının səbəblərinə dair uşaqların özü ilə tədqiqat aparmaq lazımdır. Hansı məlumat toplama metodu və seçmə metodundan istifadə edilə bilər, və niyə?
- Kəmiyyət tədqiqatlarında müşahidə metodunun istifadə edilə biləcəyi nümunə göstərin. Həmin nümunədəki tədqiqatı nəyə görə başqa məlumat toplama metodu ilə aparıla bilməyəcyini əsaslandırın
- Azərbaycanın hansı bölgəsində erkən nikahların daha çox olduğunu, və bunun səbəblərini hansı yanaşmalar ilə öyrənmək olar?
- Qiymətləndirici tədqiqatı izah edin və nümunə göstərin
- Qeyri-təsadüfi seçmə yanaşmasının mahiyyətini izah edin və ən azı bir metodunu göstərin.
- Bəzi araşdırmalarda hər 3-cü, 5-ci və s. vahid seçilir. Bu nə üçündür, və nümunə ilə izah edin
- Süzgəc sual nədir və nümunə ilə izah edin
- Dərinləşdirilmiş intervünün ən azı 2 üstün və 1 problemli cəhətini izah edin
- Keyfiyyət tədqiqatı çərçivəsində 25 nəfərli dərinləşdirilmiş intervü aparmısınız. Onun - nəticələrini necə təhlil edəcəksiniz?
- Bakı şəhərində məişət zəmnində həyat yoldaşı tərəfindən döyülən 25-40 yaş aralığındakı qadınlarla intervü aparmaq istəyirsiniz. Həmin qadınları hansı metodla/ metodlarla tapa bilərsiniz? Seçiminizi ətraflı əsaslandırın
- Eksperiment yanaşmasında bir çox hallarda respondentlər iki qrupa bölünür. Qrupların adları nələrdir, və onlar nə ilə fərqlənirlər?
- Birdəfəlik və təkrar tədqiqatların hər birinə nümunə verin
- Təsadüfi seçmə yanaşmasından istifadə edərək, 50 nəfərlik sinifdə 25 nəfəri necə seçə bilərsiniz? - Ən azı bir üsul deyin
- Təsviredici və izahedici yanaşmaların fərqini bildirin, və nümunələr göstərin
- Qapalı, açıq və yarıqapalı sual tiplərinə nümunələr verin
- Çantası oğurlanmış və döyülmüş cavan qızlarla söhbət apararkən, hansı etik məsələlər meydana çıxa bilər? Ən azı 2 məsələ deyin