top of page
Search
  • İnqilab Şahbazov

10 milyonluq əhalinin fikrini necə öyrənim?

Updated: Feb 23, 2022


İstər tələbə, istərsə də peşəkar olmağınızdan asılı olmayaraq, tədqiqat aparan insanı düşündürən suallardan biri budur - ölkə əhalisinin fikrini neçə nəfər səciyyəvi şəkildə ifadə edə bilər? Bu sualın cavabını Azərbaycan timsalında cavablandıraq. Azərbaycan üzrə bu məsələyə yanaşsaq, metodologiya elminə görə, 384 nəfərlik seçmə minimum hədd sayılır - bu saydan aşağı ölçüyə malik seçmə əhali barədə etibarlı fikir söyləməyə imkan vermir. 384 nəfərlik seçmə sizə nəticələrinizin 95% əminlik səviyyəsində 5% xəta marjası ilə fərqli (+/-) ola biləcəyini göstərir. Məsələn, sizin araşdırmanıza görə, ölkə əhalisinin 55%-i internetdən hər gün 2 saat istifadə edir. 384 nəfərlik seçməyə əsasən (əgər seçməni metodoloji düzgün prinsiplərlə və təsadüfi qaydada yaratmısınızsa) sizin nəticə reallıqdan 5% fərqli - yəni, 50%, yaxud 69% ola bilər. Başqa sözlə, mümkündür ki, reallıqda ölkə əhalisinin 50%, yaxud 60%-i internetdən hər gün 2 saat istifadə edir.


Bəs seçməni necə aparmalı? Bu barədə olduqca qısa təsvir verəcəm. İlk olaraq, Azərbaycan Respublikasının iqtisadi rayonları müəyyənləşdirilir. Respondentlərin seçilməsində təsadüfi seçmə üsulu kimi klaster üsulundan istifadə edilir. Daha böyük iqtisadi rayonların seçmədəki payı təbii olaraq daha çox olur. Burada bir məqamı da nəzərə çatdıraq ki, bir çox hallarda (bu, mütləq qayda deyil və ölkədən ölkəyə, yaxud yanaşmadan asılı olaraq, dəyişə bilər) yaşayış məntəqələri əhalinin sayından asılı olaraq üç qrupa ayrıla bilər – kiçik ölçülü, orta ölçülü və böyük ölçülü.


Keyfiyyət tədqiqatları aparanlar demək olar ki, heç bir halda 10 milyonluq əhalinin fikrini reprezentativ təmsil edəcək seçmə ərsəyə gətirməyi hədəfləmir. Buna görə də, yuxarıda yazılanlar keyfiyyət tədqiqatlarına şamil edilmir.



68 views0 comments
Post: Blog2 Post
bottom of page